Gürcüstanda koronavirusa yoluxma azalır, ölüm isə çoxalır - Son sutkada şok sayda ölüm qeydə alındı
27.10.2020 11:20
512
Sağlamlıq
A
Gürcüstanda koronavirusa yoluxma azalır, ölüm isə çoxalır - Son sutkada şok sayda ölüm qeydə alındı
Gürcüstanda son sutkada koronavirusa 1 824 yeni yoluxma halı təsdiqlənib, 1 262 nəfər sağalıb, 23 pasiyent isə vəfat edib. Aktual.ge xəbər verir ki, bu barədə Gürcüstan hökumətinin xüsusi rəsmi saytında bildirilib. Beləliklə ölkədə indiyədək COVID-19 aşkarlananların sayı 32 127-yə çatıb. Sağalanların sayı 12 632, vəfat edənlərin sayı isə 238 olub. Hazırda karantində 3 757, stasionar nəzarətdə 3 847 nəfər saxlanılır. Xəstəliyi simptomsuz keçirən 2 249 nəfər isə xüsusi otellərdə müalicə alır. Xatırladaq ki, ötən sutkada 1 871 nəfərdə koronavirus aşkarlanıb, 603 nəfər sağalıb, 14 pasiyent isə vəfat etmişdi.
ŞƏRH YAZ
5