Nəhəng layihədən sonra Batumi belə görünəcək - FOTOLAR
15.08.2024 19:46
544
İqtisadiyyat
A
Nəhəng layihədən sonra Batumi belə görünəcək - FOTOLAR

Milli Ətraf Mühit Agentliyi Batumidə "Ambassador Batumi Island" MMC-nin Qara dəniz akvatoriyasında süni ada inşa etməsi üçün ekoloji qərarın alınması məqsədilə lazım olan icazəni verib.

Aktual.ge xəbər verir ki, Agentliyə "Terminal 1" MMC tərəfindən təqdim edilən məktuba əsasən, "Terminal 1" MMC layihə çərçivəsində adanın tikintisini/quraşdırılmasını yolverilməz hesab etmişdir, çünki adanın layihə ərazisi "Terminal 1" MMC-nin gəmi dayanacağına gələn beynəlxalq dəniz gəmilərinin daxil olması, manevr etməsi və dayanması marşrutunu əhatə edir və terminalın təhlükəsiz fəaliyyətini təhlükə altına alırdı.

Gürcüstanın İqtisadiyyat və Davamlı İnkişaf Nazirliyi tərəfindən təqdim edilən mövqeyə görə, "Terminal 1" və "Ambassador Batumi Island" MMC arasında olan məsafə nəzərə alındıqda, "Terminal 1"-in istifadə etdiyi gəmi dayanacağına tankerlərin girişi-çıxışı məhdudlaşdırılmayacaq, həmçinin "Ambassador Batumi Island" MMC tərəfindən planlaşdırılan tikinti və onun sonrakı istismarı "Terminal 1" MMC-nin idarə etdiyi liman infrastrukturunun fəaliyyətini, o cümlədən terminalın akvatoriyasında gəmilərin təhlükəsiz girişi/çıxışını təhlükə altına almayacaq.

Təqdim olunan məlumatın/sənədlərin ekspert komissiyası tərəfindən müzakirəsi, nəticələrin müqayisəsi və mövcud sənədlərin qiymətləndirilməsi nəticəsində süni adanın inşası üçün ekoloji qərar verilmişdir, burada cəmiyyət tərəfindən irəli sürülən əsaslandırılmış qeydlər/mövqelər öz əksini tapmışdır," - deyə agentlik tərəfindən yayılan məlumatda bildirilir.

Qeyd edək ki, "Terminal 1" Batumidə Balıq Bazarı yaxınlığında neft terminalını idarə edir, "Ambassador Batumi Island" isə bu terminalın qarşısında süni yarımada inşa edir.

Xatırladaq ki, "Ambassador Batumi Island" layihəsi Batuminin dənizkənarı ərazisində, "Barçxana" və "Tamar" yaşayış məntəqələrinin sahil akvatoriyasında iki süni yarımadanın və bir adanın yaradılması və orada infrastrukturun quraşdırılmasını nəzərdə tutur. Hal-hazırda dənizdə torpaq işləri aparılır və bu işlərin tamamlanması bir neçə il davam edəcək. Bu mərhələdə artıq 5 hektara yaxın torpaq sahəsi yaradılmışdır. Üzərində infrastrukturun və binaların inşası isə baş plan üzrə əlavə vaxt tələb edəcəkdir.

Məlumat üçün bildirək ki, bu layihə üzrə "Ambassador Batumi Island" MMC ilə Gürcüstanın İqtisadiyyat və Davamlı İnkişaf Nazirliyi və Acara Hökuməti arasında 2021-ci il sentyabrın 29-da investisiya müqaviləsi imzalanmışdır.

batumi-kunzuli5-1723623036.jpg batumi-kunzuli4-1723623036.jpgbatumi-kunzuli3-1723623035.jpgbatumi-kunzuli2-1723623034.jpgbatumi-kunzuli1-1723623033.jpg

ŞƏRH YAZ
5