Gürcüstana pul köçürmələrinin həcminə görə ilk 3 ölkə siyahısında dəyişiklik var. İllərdir bu siyahıya liderlik edən Rusiya, 2024-cü ilin iyul ayında statistikada üçüncü yerdə qərarlaşıb.
Aktual.ge xəbər verir ki, Gürcüstan Milli Bankının statistikasına əsasən, bu ilin iyul ayında Rusiyadan 45,465 milyon dollar transfer edilib ki, bu da əvvəlki ayla müqayisədə 3 milyon dollardan çox, 2023-cü ilin iyul ayı ilə müqayisədə isə 28,5 milyon dollar azdır. 2023-cü ilin iyulunda Rusiyadan pul köçürmələrinin həcmi 73,988 milyon dollar, bu ilin iyununda isə 48,841 milyon dollar olub.
Eyni statistik məlumatlara görə, cari ilin iyul ayında ABŞ-dan Gürcüstana ən çox pul köçürülüb - 50,336 milyon dollar, İtaliya 48,881 milyon dollar pul köçürmələri ilə ikinci yerdə, Rusiya isə 45,465 milyon dollarla üçüncü yerdə qərarlaşıb.
Qalan ilk on ölkəyə gəldikdə isə, iyul ayı üzrə siyahı belə görünür:
Almaniya - 24,700 milyon dollar
Yunanıstan - 23,213 milyon dollar
İsrail - 21,689 milyon dollar
Qazaxıstan - 10,512 milyon dollar
Türkiyə - 9,165 milyon dollar
Qırğızıstan - 7,839 milyon dollar
İspaniya - 7,044 milyon dollar