Gürcüstanda qazlaşdırma səviyyəsi 90%-ə çatdırılacaq
27.10.2020 12:09
317
İqtisadiyyat
A
Gürcüstanda qazlaşdırma səviyyəsi 90%-ə çatdırılacaq
Gürcüstan hökuməti qazlaşdırma üzrə dövlət proqramın müddətini 2024-cü ilə qədər uzadılması barədə qərar qəbul edib. Aktual.ge xəbər verir ki, bu barədə ölkənin baş naziri Giorgi Qaxaria bildirib. Onun sözlərinə görə, 2019-cu ildən üçillik proqramın icrasına başlanılıb: “Bu plan çərçivəsində 384 kəndin təbii qazla təminatı başa çatdırılacaq. Lakin bu yetərli deyil. 2021-2024-ci illər üzrə proqram çərçivəsində əlavə olaraq 211 kənd və təxminən 33 min ailənin qazdan istifadə imkanı yaranacaq. Bu, o deməkdir ki, Gürcüstanda qazlaşdırma səviyyəsi 90%-ə çatdırılacaq”. “Bu o deməkdir ki, Gürcüstan əhalisinin və ailələrin 90% -i qazlaşdırılacaq. Bu, Avropadakı ən yaxşı nümunələrdən və göstəricilərdən biridir. Bunu konkret və təməl bir hədəf əldə etmək üçün edirik və bu məqsəd böyük şəhərlər və kəndlər arasındakı konfortlu həyat fərqini minimuma endirməkdir. Hər kəs başa düşməlidir ki, harada yaşamağımızdan asılı olmayaraq hökumət yaşayış şərtlərini bərabərləşdirməyə borcludur", - deyə G.Qaxaria qeyd edib.
ŞƏRH YAZ
0