Qvarelidə ürək donduran hadisə - Bir il əvvəl əmisi oğlu indi isə gənc qızın özü intihar etdi
27.10.2020 12:20
414
Hadisə
A
Qvarelidə ürək donduran hadisə - Bir il əvvəl əmisi oğlu indi isə gənc qızın özü intihar etdi
Qvarelidə Varli bələdiyyəsinin kəndlərindən birində 15 yaşlı bir gənc qız intihar edib. Aktual.ge Primetime-a istinadən xəbər verir ki, 15 yaşlı məktəbli qız məktəbdə üçüncü dərsdən müəllimindən icazə alaraq evə gedib. Mərhumu qardaşı evdə özünü asmış vəziyyətdə tapıb. Bələdiyyə sədrinin hadisə baş verən kənddəki nümayəndəsi qızın intiharının səbəbinin heç kimin bilmədiyini söyləyib. "O, çox yaxşı bir qız idi, əla, rəqs edirdi və mütəşəkkil bir ailənin övladı idi. İntihar səbəbini kimsə bilmir, nə ailəsi, nə də dostları, bütün kənd şokdadır",-deyə bələdiyyə sədrinin nümayəndəsi deyib. Məlumat üçün qeyd olunub ki, bir il əvvəl intihar etmiş qızın yetkinlik yaşına çatmamış əmisi oğlu da intihar edib, lakin kənd sakinləri bu iki fakt arasında bir əlaqə olmadığını bildiriblər. Məktəb rəhbərliyi hadisə ilə bağlı heç bir açıqlama verməyib. Faktla bağlı araşdırma aparılır.
ŞƏRH YAZ
4