Kateqoriyalar
Gürcüstanda koronavirus infeksiyasına (COVID-19) yoluxma halları artıb.
Aktual.ge xəbər verir ki, bu barədə İmmunlaşdırma üzrə Milli Texniki Məsləhətçilər Qrupunun rəhbəri İvane Çxaidze məlumat verib.
O bildirib ki, yoluxma hallarının artması əsasən son üç həftə ərzində müşahidə olunur: "Laborator analizlərin nəticəsi onu deməyə əsas verir ki, Gürcüstanda yay mövsümü üçün xarakterik olmayan ən çox koronavirus hadisəsi qeydə alınıb. Eyni zamanda qeyri-adi haldır ki, ölkədə sonuncu qrip hadisəsi iyulun əvvəlində olub".
Qrup rəhbəri əlavə edib ki, hazırda ölkədə yayılan bütün viruslar əsasən yüngül formalıdır.