2023-cü ildə mərkəzi və yerli büdcələrdən pravoslav kilsəsinə ümumilikdə 65 milyon lari verilib - TDI araşdırması
22.08.2024 01:13
549
Din
A
2023-cü ildə mərkəzi və yerli büdcələrdən pravoslav kilsəsinə ümumilikdə 65 milyon lari verilib - TDI araşdırması

2023-cü ildə Pravoslav Kilsəsinə mərkəzi və yerli büdcələrdən ümumilikdə təxminən 65 milyon lari ayrılıb.

Aktual.ge xəbər verir ki, bu barədə TDI-nin araşdırmasında deyilir.

Gürcüstanın 64 bələdiyyəsindən sorğu ilə əldə edilmiş ictimai məlumatları TDI-yə 58 bələdiyyə təqdim edib.

Təşkilat bildirir ki, bu məlumatlara əsasən, 2023-cü ildə 17 bələdiyyə patriarxata maliyyə yardımı göstərməyib.

"Məlum olur ki, 41 bələdiyyə dini təşkilatlara 5,384,409 lari verib. Bunun 5,356,738 lari pravoslav kilsəsinə və onun tabeliyində olan kilsələrə, ruhani şəxslərə, yeparxiyalara və hüquqi şəxslərə ayrılıb. Digər dini təşkilatların maliyyələşdirilməsi isə cəmi 27,671 lari təşkil edib.

2023-cü ildə yerli bələdiyyələrin büdcəsindən ayrılan məbləğdən başqa, Gürcüstan pravoslav kilsəsi dövlət büdcəsindən hər il olduğu kimi 25 milyon lari də əldə edib.

2023-cü ildə Gürcüstan pravoslav kilsəsinə Gürcüstan hökuməti tərəfindən əlavə olaraq 33,350,213 lari verilib, bu vəsait Gürcüstanın apostol avtokefal pravoslav kilsəsinin tabeliyində olan ali təhsil müəssisələri, peşə və ümumi təhsil müəssisələri, eləcə də xeyriyyə fondları üçün nəzərdə tutulub.

Gürcüstan pravoslav kilsəsinə ayrılan bələdiyyə maliyyəsi ilə müqayisədə, digər dini təşkilatlar üçün nəzərdə tutulan yardım çox azdır və 2023-cü ildə yerli özünüidarəetmələr tərəfindən dini birləşmələrə ayrılan vəsaitin 1 faizindən azını təşkil edir. Digər dini təşkilatlara vəsait Ninotsminda və Dmanisi bələdiyyələri, eləcə də Tbilisidə İsani və Krtsanisi rayon idarələri tərəfindən ayrılıb," - deyə TDI-nin araşdırmasında qeyd olunub.

ŞƏRH YAZ
5