Marneulidə iş adamına məxsus avtomobil belə yandırılıb - ANBAAN GÖRÜNTÜLƏR – FOTO/VİDEO
27.08.2024 12:22
2893
Kriminal
A
Marneulidə iş adamına məxsus avtomobil belə yandırılıb - ANBAAN GÖRÜNTÜLƏR – FOTO/VİDEO

Marneulidə "Oven" şirniyyat mağazasının sahibi, iş adamı Akif Məmmədovun evinin qarşısında avtomobili yandırılaraq, kül olub.

Bu barədə məlumatı iş adamı Aktual.ge xəbər portalına təsdiq edib.

O, kriminal qruplaşmalar tərəfindən bir neçə gün əvvəl ona mobil telefon zəngi vasitəsilə 100 min [Lari/Dollar] tələb edildiyini bildirib. İş adamının fikrincə, tələb olunan məbləği ödəmədiyi üçün onun avtomobili yandırılıb.

"Günlər öncə mənə xaricdən zəng gəldi və 100 min lari ödəməyimi tələb etdilər, 24 saat vaxt verdiklərini dedilər. Açığı, gələn zəngə çox da önəm vermədim. Bir neçə gün sonra, gecə saat 04:00 radələrində, evimizin həyətində avtomobilim yandırıldı. Düşünürəm ki, bu, zəng edənlərin işidir. Mənim bildiyimə görə, artıq saxlanılıblar" , - deyə Akif Məmmədov bildirib.

Məlumat üçün bildirək ki, Daxili İşlər Nazirliyinin verdiyi məlumata görə, Kvemo Kartli Polis Departamenti və Marneuli Polis İdarəsinin əməkdaşları, keçirdikləri əməliyyatlar və istintaq tədbirləri nəticəsində, qrup şəklində pul tələb etməkdə və başqasının əmlakına ziyan vurmaqda təqsirli bilinən üç nəfəri saxlayıblar.

ŞƏRH YAZ
12