Kateqoriyalar
Gürcüstan əhalisi seçkilərdə “Gürcü Arzusu”na layiq olduğu cavabı verməli və oktyabrın 26-nı kabusa çevirməlidir.
Aktual.ge xəbər verir ki, parlament deputatı və “Gürcüstan Naminə” partiyasının üzvü Teona Akubardia belə bildirib.
Akubardiyanın sözlərinə görə, İvanişvilinin kabusu oktyabrın 26-da başlayacaq.
“Gürcü Arzusu”nun gürcü kabusu ilə bitməsi uzun müddətdir müzakirə olunur, lakin bu vəziyyətdə bu kabusu bütün Gürcüstana yox, yalnız oktyabrın 26-da seçki günü Bidzina İvanişviliyə yaşatmaq lazımdır. Yəni, Bidzina İvanişvilinin kabusu oktyabrın 26-da, xalqın ona tam cavab verəcəyi gün başlayacaq,”- Teona Akubardiya bildirib.