Kobaxidze: Gürcüstanda istənilən süni iğtişaş yaratmağa cəhd edənlər cəzalandırılacaq
04.09.2024 11:55
200
Siyasət
A
Kobaxidze: Gürcüstanda istənilən süni iğtişaş yaratmağa cəhd edənlər cəzalandırılacaq

Gürcüstanda istənilən süni iğtişaş yaratmağa cəhd edənlər ciddi şəkildə cəzalandırılacaq.

Aktual.ge xəbər verir ki, bu barədə Baş nazir İrakli Kobaxidze deyib.

Onun sözlərinə görə, radikal müxalifət seçkilərdən sonra ictimai ajiotaj yarada biləcək ssenarinin hazırlanmasını aktiv şəkildə müzakirə edir:

“Onlar dövlət institutlarına hücum etməyə, çevriliş etməyə cəhd edəcəklər. Müxalifət hakimiyyət dəyişikliyinə cəhd edəcək. Radikallara və onların himayədarlarına xatırlatmaq istərdim ki, bu gün Gürcüstanın dövləti və hüquq-mühafizə orqanları ən yaxşı vəziyyətdədir. Nəticə etibarı ilə heç bir təxribat uğurlu olmayacaq və istənilən cinayət ciddi şəkildə cəzalandırılacaq”, - İrakli Kobaxidze deyib.

ŞƏRH YAZ
18