Hökumət parlamentdən "Dövlət satınalmaları haqqında" yeni qanunun əsas müddəalarının iki il müddətinə təxirə salınmasını tələb edir. Parlament qanunvericilik paketini sürətləndirilmiş şəkildə müzakirə edir ki, qanunun təsdiqi ilə həmin qanun 2025-ci il yanvarın 1-dən deyil, 2027-ci il yanvarın 1-dən qüvvəyə minəcək.
Aktual.ge xəbər verir ki, nəticədə 2027-ci ildən hökumətin qərarı əsasında satınalmalar üzrə mərkəzi orqan, dövlətin nəzarətində olan və hökumət tərəfindən təsdiqlənmiş publik hüquqi şəxs yaradılacaq.
2027-ci ildən başlayaraq, satınalan təşkilat qurumun strukturunda və ya ştat cədvəlində dövlət satınalmaları ilə bağlı fəaliyyət göstərən səlahiyyətli bir struktur bölmə və ya vəzifəli şəxsi müəyyən etməyə borclu olacaq. Eyni zamanda, həmin tarixdən agentlik dövlət satınalmaları üzrə mütəxəssislərin sertifikatlaşdırılmasını həyata keçirəcək, və məcburi sertifikatlaşdırma qaydası 2029-cu il yanvarın 1-dən qüvvəyə minəcək.
"Dövlət satınalmaları haqqında" yeni qanun parlament tərəfindən 2023-cü ildə qəbul edilib. Qanuna əsasən, dövlət satınalmaları sahəsini tənzimləyən normativ hüquqi aktlarda islahatlar aparılır, dövlət satınalmaları ilə bağlı yeni yanaşmalar, o cümlədən prosedurlar, alətlər və institutlar dəyişdirilir.