Kateqoriyalar
Sentyabrın 4-dən 6-dək Gürcüstanda fasilələrlə yağış yağacağı, bəzi yerlərdə intensivləşəcəyi, şimşək çaxacağı, dolu düşəcəyi və küləyin güclənəcəyi gözlənilir.
Aktual.ge xəbər verir ki, bu barədə Milli Ətraf Mühit Agentliyi məlumat yayıb.
Gözlənilən yağıntılar Gürcüstanın kiçik çaylarında daşqınlara səbəb ola bilər, dağlıq ərazilərdə isə torpaq sürüşmələri baş verə bilər. Təhlükə səviyyəsi orta hesab edilir.