Parlament LGBT təbliğatına qarşı qanunlar paketini ikinci oxunuşda qəbul edib
04.09.2024 17:39
379
Siyasət
A
Parlament LGBT təbliğatına qarşı qanunlar paketini ikinci oxunuşda qəbul edib

Gürcüstan parlamenti LGBT təbliğatına qarşı qanunlar paketini ikinci oxunuşda müzakirəyə çıxarıb.

Aktual.ge xəbər verir ki, parlament müxalifətin boykotuna baxmayaraq, qanunlar paketini səsverməyə çıxarıb və qəbul edib.

“Ailə dəyərləri və yetkinlik yaşına çatmayanların müdafiəsi haqqında” düzəlişlər paketinə əlavə olaraq, deputatlar “Amnistiya haqqında” qanun layihəsini də qəbul ediblər.

Qeyd edək ki, sözügedən layihə LGBT mövzularını təbliğ edən səhnələrin Gürcüstan televiziyalarında yayımlanmasının qadağan edilməsini nəzərdə tutur.

ŞƏRH YAZ
7