04.09.2024 23:43
414
Siyasət
A
"Milli Hərəkat"ın iki üzvü saxlanılıb

Daxili İşlər Nazirliyi müxalif “Vahid Milli Hərəkat” partiyasının iki üzvünü inzibati qaydada saxlayıb.

Aktual.ge xəbər verir ki, bu barədə DİN məlumat yayıb.

Məlumata görə, Tbilisi Şəhər Şurasının deputatları İrakli Edsqveradze və İrakli Nadiradze polis əməkdaşlarının işinə mane olublar və narkotik cinayətləri ilə bağlı istintaq tədbirlərinə müdaxilə ediblər.

Müxalifət partiyası artıq hər iki məhbusun dərhal azad edilməsini tələb edib və hakimiyyəti siyasi rəqiblərinə qarşı repressiyalarda ittiham edib.

ŞƏRH YAZ
16