Hava şəraiti pisləşəcək - Agentlikdən XƏBƏRDARLIQ
05.09.2024 01:06
1443
Maraqlı
A
Hava şəraiti pisləşəcək - Agentlikdən XƏBƏRDARLIQ

Sentyabrın 4-ü gündüzdən 6-sı səhərədək Gürcüstanda fasilələrlə yağış yağacağı, bəzi yerlərdə intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi, küləyin güclənəcəyi, dənizdə 3-4 bal gücündə fırtına olacağı gözlənilir.

Aktual.ge xəbər verir ki, bu barədə Milli Ətraf Mühit Agentliyindən məlumat verilib.  

Agentlik xəbərdarlıq edib ki, gözlənilən yağış Gürcüstanın kiçik çaylarında daşqınlara səbəb ola bilər, dağlıq və yüksək dağlıq ərazilərdə isə sürüşmə və sel sürüşmələri baş verə və aktivləşə bilər.

Məlumatda ayrıca vurğulanıb ki, təhlükə səviyyəsi ortadır.

ŞƏRH YAZ
2