Baş nazir canlı yayımda sərt danışdı və Saakaşvilinin partiyasına demədiyi qalmadı
05.09.2024 01:25
558
Siyasət
A
Baş nazir canlı yayımda sərt danışdı və Saakaşvilinin partiyasına demədiyi qalmadı

"Əslində, mən düşünürəm ki, nəticə etibarilə yalnız bir müxalif qüvvə baryeri aşacaq, təəssüf ki, bu, yenə də 'Milli Hərəkat' brendi altında təqdim olunan 5 nömrədir".

Aktual.ge xəbər verir ki, bunları Gürcüstanın Baş naziri İrakli Kobaxidze "İmedi" telekanalının efirində söyləyib.

Onun sözlərinə görə, digər partiyalara gəlincə, bu gün baryerə yaxın olan 2 siyasi subyekt var, bu, Qvaramiyanın və Xazaradzenin partiyasıdır, lakin nəticədə bu iki partiya da [5%-lıq] baryeri aşa bilməyəcək.

" 'Milli Hərəkat' baryeri aşacaqsa, bu, ayrıca bədbəxtlikdir, lakin bir şeyi də demək olar, eyni Almaniya, siz bilirsiniz ki, nə qədər böyük mədəniyyət ölkəsidir, 1945-ci ildən sonra Hitlerin partiyası Almaniyada siyasi mühitdə qalsaydı, onlar da təxminən 15-20% səs toplayardı. Bu, bütün cəmiyyətlərdə olur və bu, gürcü cəmiyyətinin xüsusi problemi deyil, lakin biz bu bədbəxtliyi, necə ki, almanlar vaxtında ölkələrindən asanlıqla və sərt şəkildə uzaqlaşdırdılar, biz də bu bədbəxtliyi, 'kollektiv Milli Hərəkatı' ölkəmizdən uzaqlaşdırmalıyıq. Siz təsəvvür edin, əgər almanlar millətçi-sosialistlərə 40-cı illərdən sonra qadağa qoymasaydılar, bu ölkə daim bədbəxtlik içində olardı. Biz də məhz bu barədə danışırıq, ölkəni daim bədbəxtlik içində qoymaq olmaz. Belə radikal adamlar, belə bəyanatlarla çıxış edən, öz ölkəsinə qarşı iddia edən və s. siyasi sistemin bir hissəsi ola bilməz. Bu, sadəcə olaraq mümkün deyil," - deyib İrakli Kobaxidze.

ŞƏRH YAZ
17