Kateqoriyalar
Marneuli şəhərində yol infrastrukturu işləri fəal şəkildə davam etdirilir. Noe Jordania, Ayvaz Həsənov və Xudu Borçalı küçələrində su təchizatı və kanalizasiya sistemlərinin yaxşılaşdırılması layihəsi başa çatdırılıb və hazırda yol örtüyünün döşənməsi işləri aparılır.
Aktual.ge xəbər verir ki, bu barədə Marneuli meriyası məlumat yayıb.
"Yol infrastrukturu layihələri bütün şəhər üzrə mərhələli şəkildə həyata keçiriləcək. Bu da Marneulinin şəhər mühitinin yaxşılaşdırılmasına və əhalinin həyat şəraitinin yüksəldilməsinə şərait yaradacaq",-məlumatda qeyd olunub.