Gürcüstanda kosmetika ilə bağlı yeni tənzimləyici qaydalar qüvvəyə minəcək
05.09.2024 13:09
371
Siyasət
A
Gürcüstanda kosmetika ilə bağlı yeni tənzimləyici qaydalar qüvvəyə minəcək

Gürcüstanda kosmetika ilə bağlı yeni tənzimləyici qaydalar qüvvəyə minəcək.

Aktual.ge xəbər verir ki, bu qərar, Gürcüstan hökumətinin 2024-cü ilin payız sessiyası üçün qanun yaradıcılığı fəaliyyətinin planında yer alıb.

Hazırda ölkədə kosmetik məhsullarla bağlı Avropa İttifaqının qanunvericiliyinə uyğun tənzimləyici baza yoxdur. Bu məsələ Avropa Komissiyasının 2023-cü il hesabatında da qeyd olunub.

Yeni qanun layihəsinin məqsədi Gürcüstan qanunvericiliyini Avropa İttifaqının tələbləri ilə uyğunlaşdırmaqdır. “Texniki tənzimləmə – kosmetik məhsullar haqqında” əhalinin sağlamlığının qorunmasını təmin etmək məqsədi ilə kosmetik məhsulların bazara çıxarılması qaydalarını və normalarını müəyyən edir. Qeyd edək ki, insan orqanizminə endogen qəbul, inhalyasiya, inyeksiya və ya implantasiya üçün nəzərdə tutulmuş maddələrə şamil edilmir.

Bu reqlament istehsalçı, idxalçı, distribyutor və məsul şəxslərin rollarını və öhdəliklərini müəyyən edir, həmçinin bazara çıxarılmadan əvvəl və sonra idarəetmə məsələlərini tənzimləyir. Tətbiqi üçün Gürcüstanın “İctimai Sağlamlıq haqqında” qanununa və digər müvafiq qanunvericilik aktlarına dəyişikliklər tələb olunur.

ŞƏRH YAZ
8