İtaliyada Gürcüstan vətəndaşı saxlanılıb
05.09.2024 15:36
255
Siyasət
A
İtaliyada Gürcüstan vətəndaşı saxlanılıb

Gürcüstan vətəndaşı İtaliyanın Toskana əyalətinin Luka şəhərində oğurluq ittihamı ilə saxlanılıb.

Aktual.ge xəbər verir ki, bu barədə İtaliya mətbuatı məlumat yayıb.

Məlumata görə, 24 yaşlı Gürcüstan vətəndaşı çərşənbə axşamı Marlia qəsəbəsindəki “Eselunga” supermarketində çox sayda təraş kasetini oğurlamağa cəhd edib. Supermarketin mühafizəçisi gəncin bel çantasından şübhələnərək onu kassada saxlayıb və polis çağırıb.

Axtarış zamanı onun bel çantasında 30 ədəd oğurlanmış təraş kasetinin olduğu və ümumi dəyərinin təxminən 900 avroya çatdığı məlum olub.

İtaliya mətbuatının verdiyi məlumata görə, həmin şəxsin İtaliyada daimi yaşayış yeri yoxdur və o, əvvəllər də oğurluq səbəbindən məhkum olunub.

ŞƏRH YAZ
7