Kateqoriyalar
Gürcüstan millisi Çexiyanı 4:1 hesabı ilə məğlub edib.
Aktual.ge xəbər verir ki, oyunun hesabını 32-ci dəqiqədə Gürcüstan millisi açıb. İlk qolu penaltidən Xviça Kvaratsxeliya vurub. İkinci hissədə; Giorgi Çakvetadze, Giorgi Mikautadze və Giorgi Koçoraşvili növbəti qolları vurublar.
Çexiyanın təsəlli qolunu isə 80-ci dəqiqədə Lukas Kalvach vurub.
Qeyd edək ki, bu gün UEFA Millətlər Liqasının ilk turun oyunları keçirilib.