TƏCİLİ XƏBƏR: DİN Marneulidə iş adamının evinə bomba atılması ilə bağlı AÇIQLAMA VERDİ
13.09.2024 17:14
1210
Kriminal
A
TƏCİLİ XƏBƏR: DİN Marneulidə iş adamının evinə bomba atılması ilə bağlı AÇIQLAMA VERDİ

Daxili İşlər Nazirliyinin (DİN) Kvemo Kartli Polis Departamentinin Marneuli Rayon İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilmiş operativ-axtarış tədbirləri və istintaq hərəkətləri nəticəsində qrup şəklində törədilmiş pul tələb edilməsinə yardım faktı üzrə üç nəfər saxlanılıb.

Aktual.ge xəbər verir ki, bu barədə DİN məlumat verib.

Bildirilib ki, saxlanılanlar: 2005-ci il təvəllüdlü, əvvəllər məhkum olunmuş H.A., həmin il doğulmuş V.M. və 2007-ci il təvəllüdlü K.A.-dır.

"İstintaqla müəyyən olunub ki, H.A. və K.A. xaricdə yaşayan kriminal avtoritetə Marneuli Bələdiyyəsində yaşayan bir vətəndaşdan pul tələb etməkdə kömək ediblər. Təqsirləndirilən şəxslər həmin vətəndaşı qorxutmaq məqsədilə, pul tələb etmək üçün onun yaşayış evinin həyətinə qumbara atıblar, lakin qumbara partlamayıb.

İstintaqla, həmçinin, müəyyən edilib ki, bu ağır cinayət barədə hazırda təqsirləndirilən şəxs kimi saxlanılan V.M.-ə məlum olub, lakin o, hüquq-mühafizə orqanlarına cinayət barədə məlumat verməyib.

Hüquq-mühafizə orqanlarının həyata keçirdiyi istintaq tədbirləri nəticəsində onların hər üçü təqsirləndirilən şəxs qismində saxlanılıblar. Polis qumbaranı maddi sübut kimi götürüb" , - qeyd olunan məlumatda bildirilib ki, saxlanılanları 9 ilə qədər həbs cəzası gözləyir.

Qurumun məlumatında bildirilib ki, qrup şəklində törədilmiş pul tələb edilməsinə yardım, partlayıcı qurğunun qanunsuz alınması, saxlanması, daşınması, eləcə də ağır cinayəti bildirməmə faktları ilə bağlı istintaq Cinayət Məcəlləsinin 25-181-ci, 236-cı və 376-cı maddələri üzrə aparılır.

ŞƏRH YAZ
4