ABŞ-nin Respublikaçılar Partiyasından Prezidentliyə namizəd Donald Tramp yaşadığı ərazidə baş verən atışmadan sonra sağ-salamatdır.
Aktual.ge xəbər verir ki, bu barədə "Reuters" Respublikaçıların təşviqat qərargahının bəyanatına istinadən məlumat yayıb.
Hələlik digər təfərrüatlar tam açıqlanmır. Xarici KİV-in yaydığı məlumata görə, Donald Tramp Floridada qolf oynadığı meydançanın qarşısında iki nəfər bir-birinə atəş açıb. Hadisəyə dərhal müdaxilə edən təhlükəsizlik qüvvələri hadisənin böyüməsinin qarşısını alıb.
Öz növbəsində, Konqresin Nümayəndələr Palatasının üzvü, respublikaçı Marjori Taylor-Qrin “X” sosial şəbəkəsində hadisəni şərh edib:
"Prezident Tramp növbəti sui-qəsd cəhdindən sonra salamatdır. Şükürlər olsun! Onu öldürməyə çalışırlar! Onun qalib gəlməsinin qarşısını almaq üçün hər şeyi edəcəklər".
ABŞ Məxfi Xidməti Donald Trampla bağlı insidenti araşdırıldığını bildirib və onun həyatına dair heç bir təhlükənin olmadığını elan edib.
Xatırladaq ki, iyulun 14-də də ABŞ Prezidentliyinə namizəd Donald Trampın mitinqi zamanı atəş açılıb. Tramp qulağından yaralanıb.
Qısa müddət sonra eks-prezident kürsüdən uzaqlaşdırılıb.