ABŞ Zviad Xarazışvilini və onun müavini Miller Laqazauriyə sanksiya maliyyə sanksiyası tətbiq edib.
Aktual.ge xəbər verir ki, bu barədə ABŞ-ın Maliyyə Departamenti məlumat yayıb.
Bildirilib ki, onlara sanksiya Gürcüstanda əsas azadlıqların, o cümlədən ifadə azadlığının məhdudlaşdırılmasına görə tətbiq olunub.
[" Xarici təsirin şəffaflığı haqqında] qanununun qəbulundan əvvəl, davam edən etirazlar zamanı Daxili İşlər Nazirliyinin Xüsusi Təyinatlı Departamentinin təhlükəsizlik qüvvələri Gürcüstan vətəndaşlarını, müxalifət liderlərini, jurnalistləri və dinc şəkildə öz fikirlərini ifadə edən gənc fəalları zorakı şəkildə basqıya məruz qoyublar. Bu zorakılığa Xüsusi Təyinatlı Departamentin rəisi Zviad Xarazışvili və onun müavini Miller Lagazauri nəzarət ediblər.
Xüsusi Təyinatlı Departament tərəfindən həyata keçirilən zorakılıq 'xarici təsirin şəffaflığı haqqında' yeni qanuna qarşı keçirilən dinc etiraz aksiyalarının bir çox iştirakçısının, o cümlədən Gürcüstan vətəndaşları və müxalifət siyasətçilərinin qəddar döyülməsini əhatə edib. Xarazışvili siyasi opponentlərə qarşı cəza tədbirləri ilə tanınır və şəxsən etirazçılara fiziki və şifahi təhqirlərlə məşğul olub" , - ABŞ-ın Maliyyə Departamentinin rəsmi saytında qeyd olunub.
Bundan əlavə, rəsmi Vaşinqton pro-Rusiya yönümlü “alt-info”nun liderləri - Koka Marqoşia və Zura Maxaradzeyə də sanksiya tətbiq edib.