Ölkədə ən yüksək maaşlı 4 fəaliyyət növü
17.09.2024 00:52
683
İqtisadiyyat
A
Ölkədə ən yüksək maaşlı 4 fəaliyyət növü

2024-cü ilin 2-ci rübündə Gürcüstanda orta aylıq nominal əməkhaqqı ötən ilin müvafiq dövrü ilə müqayisədə 11.1 faiz (200.4 lari) artaraq 2 004.9 lari təşkil edib.

Aktual.ge xəbər verir ki, bu barədə məlumatı Milli Statistika Xidməti yayıb.

Məlumata görə, fəaliyyət sahələrinə görə nisbətən yüksək əməkhaqqı aşağıdakı sahələrdə qeydə alınıb:

- İnformasiya və kommunikasiya – 3 963 lari (ötən ilin müvafiq dövrü ilə müqayisədə 4.3 faiz artıb);

- Maliyyə və sığorta fəaliyyəti – 3 642.3 lari (14.5 faiz artıb);

- Tikinti – 2 946.1 lari (13.7 faiz artıb);

- Peşəkar, elmi və texniki fəaliyyətlər – 2 872.8 lari (13.8 faiz artıb).

ŞƏRH YAZ
8