Kateqoriyalar
Dedoplistskaro Bələdiyyəsinin Kvemo Kedi kəndində yerli sakinlərdən birinə məxsus üzüm bağında 38 yaşlı kişinin meyiti tapılıb.
Aktual.ge xəbər verir ki, bu barədə yerli mətbuat məlumat verib.
Yerli sakinlərin sözlərinə görə, mərhum dostları ilə biçin zamanı olub və evə qayıtmayıb. İki günlük axtarışdan sonra gənci öz avtomobilində, dostları ilə birlikdə olduğu üzüm bağında tapıblar.
İstintaq intiharı nəzərdə tutan 115-ci maddə ilə aparılır, baxmayaraq ki, ölümün əsl səbəbi ekspertiza tərəfindən müəyyən ediləcək.