Gürcüstanın ixrac etdiyi əsas məhsullar və ixracat ölkələri- SİYAHI
19.09.2024 16:11
277
Siyasət
A
Gürcüstanın ixrac etdiyi əsas məhsullar və ixracat ölkələri- SİYAHI

Yanvar-avqust aylarında Gürcüstanda istehsal olunan məhsulların ixracı 4,3% azalaraq 1,9 milyard dollar olub.

Aktual.ge xəbər verir ki, bunun əsas səbəbi azot gübrələri və elektrik enerjisinin ixracında azalmadır.

2024-cü ilin yanvar-avqust aylarında Gürcüstanın əsas ixrac malları:

  • Ferroərintilər – 219,3 milyon dollar (+90,8%);
  • Təbii şərablar – 195,8 milyon dollar (+16%);
  • Qiymətli metal filizləri və konsentratları – 147,9 milyon dollar (+260,9%);
  • Mineral sular – 112,2 milyon dollar (+26,2%);
  • Qazlı içkilər – 91,8 milyon dollar (+22,4%);
  • Azot gübrələri – 81 milyon dollar (-28,4%);
  • Spirtli içkilər – 75,4 milyon dollar (+22,4%);
  • Xam və yarı emal olunmuş qızıl – 66,9 milyon dollar (+15,9%);
  • Maykalar və digər trikotaj məmulatları – 57,9 milyon dollar (+14,9%);
  • Elektrik enerjisi – 51,7 milyon dollar (-41,6%);
  • Digər mallar – 725,2 milyon dollar (-30,8%).

Rusiya, Gürcüstan məhsullarının ən böyük ixrac bazarı olaraq qalır və bu ölkənin ixracdakı payı 19,1% təşkil edir. ABŞ istiqamətində isə ixracda 90%-dən çox artım qeydə alınıb.

Gürcüstanın ixracının əsas istiqamətləri:

  • Rusiya – 375,6 milyon dollar (+3,2%);
  • Türkiyə – 287,6 milyon dollar (+12,2%);
  • Çin – 181,7 milyon dollar (-18,8%);
  • Ermənistan – 101,2 milyon dollar (+2,7%);
  • Azərbaycan – 86,5 milyon dollar (-11,5%);
  • ABŞ – 86,2 milyon dollar (+90,2%);
  • İsveçrə – 68,2 milyon dollar (+17,1%);
  • Ukrayna – 56,2 milyon dollar (+24,8%);
  • Bolqarıstan – 52,1 milyon dollar (-71,8%);
  • Qazaxıstan – 50,9 milyon dollar (+9,9%).

 

ŞƏRH YAZ
7