Kateqoriyalar
ABŞ-nin Alabama ştatında 70 yaşlı xəstə Floridada cərrahiyyə əməliyyatı zamanı dalağı yerinə təsadüfən qaraciyəri çıxarıldıqdan sonra dünyasını dəyişib.
Aktual.ge xarici KİV-ə istinadən xəbər verir ki, tibb aləmində belə səhvlər təəssüf ki, tez-tez baş verir.
Bu hadisələr səhv orqan və ya bədən hissəsi üzərində əməliyyatdan tutmuş səhv protez taxmağa və ya xəstənin içində cərrahi alətləri unutmaya qədər dəyişə bilər.
2022-ci ildə ABŞ-də 1440, 2023-cü ildə isə 1411 bu cür hadisələr baş verib.
Bu hadisələrin 18 faizi xəstənin ölümü ilə nəticələnsə də, 8 faizi daimi zədə və ya funksiyanın itirilməsi ilə nəticələnib.