"Bütün variantlar masadadır, o cümlədən vizasız rejimin müvəqqəti dayandırılması".
Aktual.ge xəbər verir ki, bunu Avropa Komissiyasının sözçüsü "Formula"nın sualına cavab olaraq bildirib.
"Avropa İttifaqı Gürcüstanda hadisələrin inkişafını diqqətlə izləyir və uyğun reaksiya verməyə hazırdır. İyunda Xarici Əlaqələr Şurasında Gürcüstandakı vəziyyətlə bağlı üzv ölkələrlə dərin müzakirə aparıldı. Bütün variantlar masadadır, o cümlədən viza liberallaşdırılması rejiminin potensial müvəqqəti dayandırılması.
Şengen zonasında daxili təhlükəsizliyə təhdid yaradan hadisələr baş verərsə və ya Gürcüstanda növbəti demokratik geriləmə halında, əlbəttə ki, yenidən qiymətləndirmə aparılacaq.Avropa İttifaqı-Gürcüstan viza liberallaşdırılması dialoqu və müvafiq fəaliyyət planı çərçivəsində Gürcüstandan konkret kriteriyalara riayət etməsi tələb olunurdu, o cümlədən fundamental hüquqların qorunmasının təmin edilməsi və diskriminasiyanın qarşısının alınması. Avropa Komissiyası bu viza liberallaşdırılması kriteriyalarının icrası haqqında illik hesabat hazırlayır. Fundamental hüquqlara hörmət göstərilməsi həmçinin üzvlük prosesinin əsas prinsipidir və bu, gələcək genişlənmə hesabatında da qiymətləndiriləcək", - deyə bildirilib.