Əhali hökumətin dəyişməsini istəyir? - SORĞU NƏTİCƏLƏRİ
29.10.2020 12:13
1260
Siyasət
A
Əhali hökumətin dəyişməsini istəyir? - SORĞU NƏTİCƏLƏRİ
Seçkilərə üç gün qalmış Fransanın İPSOS şirkətinin dördüncü növbəti sorğusunun nəticələrini elan edilib. Aktual.ge xəbər verir ki, "Mtavari Arxi" telekanalının sifarişi ilə həyata keçirilmiş sorğunun sualı "2020-ci il parlament seçkiləri nəticəsində hökumətin dəyişməsini və ya əvvəlki kimi qalmasını istəyirsinizmi?" ibarət olub. Sözügedən kanalın sifairşi ilə keçirilmiş sorğunun nəticələri isə belədir: Qalmağını istəyirəm 26% Dəyişməyini istəyirəm 49% IPSOS sorğunu Gürcüstan üzrə ümumilikdə 2000 respondentlə 17-27 oktyabr tarixləri arasında keçirib. Qeyd olunub ki, sorğunun yanılma payı + -2.2%-dir. Xatırladaq ki, bu, şirkətin sayca 4-cü sorğusudur. Respondentlərin üçüncü sorğuda "2020 seçkiləri nəticəsində hökumətin dəyişməsini istəyirsinizmi?" sualına cavabları aşağıdakı kimi olub: İstəyirəm - 57% İstəmirəm - 25% İkinci sorğunun nəticələri: İstəyirəm - 56% İstəmirəm - 26% Birinci sorğunun nəticələri: İstəyirəm - 57% İstəmirəm - 26%
ŞƏRH YAZ
1