2024-cü il yanvarın 1-nə Gürcüstan əhalisinin sayı 3 milyon 694 min 600 nəfər təşkil edib ki, bu da əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 1,1 faiz azdır.
Aktual.ge xəbər verir ki, bu, Milli Statistika Xidmətinin dərc etdiyi məlumatda öz əksini tapıb.
Məlumata görə, 2024-cü il yanvarın 1-nə əhalinin sıxlığı 1 kv.km-ə 64,6 nəfər olub.
“Gürcüstanın paytaxtı əhalinin ən sıx məskunlaşdığı şəhərdir, burada 1 kv.km-ə 2495,9 nəfər düşür. Tbilisidən sonra ən sıx məskunlaşanlar Acara Muxtar Respublikası (125,2 nəfər), Şida Kartli (71,2 nəfər) və İmeretidir (68,9 nəfər). Raça-Leçxumi və Kvemo Svaneti bölgəsi daha az sıx məskunlaşıb, burada 1 kv.km-ə 5,7 nəfər yaşayır.
2024-cü il yanvarın 1-nə olan məlumata görə, Gürcüstan əhalisinin 61 faizi şəhər qəsəbələrində yaşayır.
"Eyni zamanda, Tbilisi əhalisi ümumi əhalinin demək olar ki, üçdə birini təşkil edir", - məlumatda deyilir.