Baş nazirdən sevindirici xəbər - Yaxın aylarda yenə yardımlar olacaq
29.10.2020 13:25
1943
İqtisadiyyat
A
Baş nazirdən sevindirici xəbər - Yaxın aylarda yenə yardımlar olacaq
"Daha əvvəl elan etdiyimiz kimi, 4 ay ərzində (noyabr, dekabr, yanvar, fevral) 3-cü anti-böhran tədbirlərinə başlanılacaq”. Aktual.ge xəbər verir ki, bu barədə Gürcüstanın Baş naziri Giorgi Qaxaria rəsmi “Facebook” səhifəsində bildirib. Hökumət başçısı qeyd edib ki, qlobal böhran işığında hökumət, vətəndaşların ən çox ehtiyac duyduqları yaxın aylarda onlara kömək edəcək. “İşıq pulunun ödənilməsindən - 200 kvt. 1,2 milyona qədər ailə, supulu və təmizlik xərclərinin ödənilməsi; qazpulunun ödənilməsindən ( 200 m3-ə qədər) 650 min ailə istifadə etdi. İstədiyi təqdirdə, vətəndaş yardımdan imtina etmə fürsəti əldə edəcəkdir. Qlobal böhran fonunda, vətəndaşlarımızın xüsusilə ehtiyac duyduqları yaxın gələcəkdə onların xərclərini yüngülləşdirəcəyik",- deyə Baş nazir bildirib.
ŞƏRH YAZ
3