Gürcüstan Müsəlman Ruhaniləri Seyyid Nəsrullahın şəhadəti ilə bağlı başsağlığı verib
29.09.2024 00:05
624
Din
A
Gürcüstan Müsəlman Ruhaniləri Seyyid Nəsrullahın şəhadəti ilə bağlı başsağlığı verib

Gürcüstanın Müsəlman Ruhaniləri Heyəti Seyyid Həsən Nəsrullahın şəhadəti ilə bağlı başsağlığı verib.

Aktual.ge xəbər portalına verilən baş sağlığı bəyanatını olduğu kimi təqdim edirik:

 

"Bağışlayan və mehriban Allahın adı ilə

مِنَ الْمُؤْمِنِينَ رِجَالٌ صَدَقُوا مَا عَاهَدُوا اللَّهَ عَلَيْهِ ۖ فَمِنْهُمْ مَنْ قَضَىٰ نَحْبَهُ وَمِنْهُمْ مَنْ يَنْتَظِرُ ۖ وَمَا بَدَّلُوا تَبْدِيلًا

*“Möminlər içərilərində elələri də vardır ki, Allaha etdikləri əhdə sadiq olarlar. Onlardan kimisi (bu yolda) şəhid olmuş, kimisi də (şəhid olmasını) gözləyir. Onlar (verdikləri sözü) əsla dəyişməzlər.”* (Əhzab, 23).

Heç bir insani dəyərlərə sığmayan vəhşicəsinə günahsız insanlara qarşı ardıcıl soyqırımların törədildiyi bir zamanda daha bir acı xəbər də Seyyid Həsən Nəsrullahın və onunla birgə olanların şəhid edilməsi xəbəri oldu. Bu qətl zalımın edə biləcəyi şərr və cinayətlərin bir daha heç bir hədd tanımayan insanlıqdan uzaq ölçülərini göstərdi.

Biz Gürcüstan ruhaniləri olaraq dünyanın hər hansı bir yerində olduğu kimi Yaxın Şərqdə baş verən zülm, ədalətsizlik və günahsız qırğınları qətiyyətlə qınayırıq. Dünya dövlətlərini sülhün bərqərar olması yolunda səfərbər olub ikili standart yürütmədən haqqın və ədalətin yanında olmağa dəvət edirik. Məhz belə olan halda dünyada sülh və əmin-amanlıq içərisində insanlar və insani dəyərlərin yaşaması mümkün olacaqdır.

Yoxsa yaşadığımız kiçik kürədə günahsız insanlar, məsum körpələr hələ də milli və dini təəssübkeşliyin, kapital maraqların, siyasi hegomonluq və ədalətsiz tərəfkeşliyin qurbanı olmaqda davam edəcəkdir. 

Sonda başda Əsrin İmamı Hz. Mehdi (ə.f) olmaqla şəhid Seyyidin və onunla birgə şəhid olan şəxsiyyətlərin ailəsinə, yaxınlarına və bütün Livan xalqına başsağlığı veririk. 

“Şübhəsiz ki, Allah qüdrətlidir, intiqam alandır.”* (İbrahim, 47)".

ŞƏRH YAZ
7