Səhiyyə işçilərini sevindirəcək xəbər: Bu tarixdən maaşlar artır
01.10.2024 00:45
420
Sağlamlıq
A
Səhiyyə işçilərini sevindirəcək xəbər: Bu tarixdən maaşlar artır

2025-ci ilin büdcə layihəsinin ilkin variantına əsasən, səhiyyə işçilərinin maaşlarının 10%-lik artımı planlaşdırılır.

Aktual.ge xəbər verir ki, bu Maliyyə Nazirliyi tərəfindən yayımlanan məlumatda deyilir.

Qeyd olunub ki, səhiyyə proqramlarının maliyyələşdirilməsi üçün 2025-ci ilin büdcə layihəsinə əsasən 1,9 milyard laridən çox vəsait ayrılıb.

“Səhiyyə və sosial müdafiə proqramlarının maliyyələşdirilməsi üçün nazirliyə 870,0 milyon laridən çox vəsait ayrılıb. Bu vəsait çərçivəsində: 70 yaşdan yuxarı pensiyaçılar üçün pensiya 35 lari artırılacaq və 450 lari məbləğində müəyyən ediləcək. Eyni kateqoriyaya aid olan dağlıq ərazilərdəki pensiyaçılar üçün pensiya təxminən 540 laridən ibarət olacaq;

70 yaşadək olan şəxslərin pensiyası 20 lari artırılacaq və 335 lari məbləğində müəyyən ediləcək, dağlıq ərazilərdə isə bu məbləğ 400 laridən çox olacaq;

Pensiya ilə yanaşı, 18 yaşadək ağır dərəcədə əlilliyi olan şəxslər üçün sosial ödənişlər 35 lari, digər kateqoriyalı əlillər üçün isə 20 lari artırılacaq;

120 min sosial reytinq balına qədər olan ailələrin 16 yaşadək uşaqlarına aylıq yardım 200 lari təşkil edəcək;

Ümumilikdə sosial proqramların maliyyələşdirilməsi üçün 6,3 milyard lari ayrılıb;

Səhiyyə proqramlarının maliyyələşdirilməsi üçün isə 1,9 milyard laridən çox vəsait nəzərdə tutulub, o cümlədən ilkin tibbi yardım işçilərinin maaşlarının 10%-lik artımı planlaşdırılıb;

Məcburi köçkünlərin mənzillə təmin olunması üçün 240,0 milyon lari nəzərdə tutulub”, – deyə məlumatda bildirilir.

ŞƏRH YAZ
7