Məktəb işçilərinin və uşaq bağçası əməkdaşlarının maaşları artırılacaq
01.10.2024 10:08
400
Siyasət
A
Məktəb işçilərinin və uşaq bağçası əməkdaşlarının maaşları artırılacaq

2025-ci ilin büdcə layihəsinin ilkin versiyasına əsasən, dövlət məktəblərinin inzibati heyətinin  və mandaturların maaşlarının 10%-lik artımı nəzərdə tutulub.

Aktual.ge xəbər verir ki, bu barədə Gürcüstan Maliyyə Nazirliyindən məlumat verilib.

Bildirilib ki, uşaq bağçalarının əməkdaşlarının maaşları da artırılacaq.

“Təhsil və elm sahəsinə ayrılan maliyyə 370 milyon laridən çox artırılıb. Bu vəsaitdən 200 milyon lari  dövlət ümumtəhsil müəssisələrinin maliyyələşdirilməsinə yönəldiləcək və cari ilin iyul ayından artırılmış maaşların tam maliyyələşdirilməsi təmin ediləcək. Dövlət məktəblərinin inzibati heyətinin və mandaturların maaşlarının 10% artırılması nəzərdə tutulur. Bundan başqa, bağça işçilərinin maaşları da artacaq. Dövlət məktəblərinin tikintisi və bərpası üçün 560 milyon laridən çox vəsait ayrılıb, uşaq bağçalarının tikintisi və bərpasına isə 180 milyon lari məbləğində vəsait xərclənəcək,” – məlumatda qeyd edilir.

ŞƏRH YAZ
5