Kateqoriyalar
"Gürcü Arzusu" partiyasının Marneuli-Qardabani seçki dairəsi üzrə nümayəndəsi Zaur Darğallı təşviqat kampaniyası çərçivəsində Marneuli Bələdiyyəsinin Tsereteli inzibati ərazi vahidliyinə daxil olan Tsereteli, Saimerlo, Bəylər və Dioknis kəndlərinin sakinləri ilə görüşüb.
Bu barədə "Gürcü Arzusu"nun Marneuli Qərargahından məlumat verilib.
Görüşdə yerli əhali üçün prioritet məsələlər müzakirə olunub.
Həmçinin “Gürcü Arzusu”nun idarəçilik dövründə davam edən və həyata keçirilən layihələrə nəzər yetirilib.
“Oktyabrın 26-da keçiriləcək parlament seçkilərinin və ölkədə əmin-amanlığın qorunmasının vacibliyi xüsusi ilə vurğuladıq”, - deyə Zaur Darğallı qeyd edib.
(R)