Oktyabrın ikinci yarısından mövsümi qrip peyvəndi pulsuz olacaq
01.10.2024 11:23
160
Siyasət
A
Oktyabrın ikinci yarısından mövsümi qrip peyvəndi pulsuz olacaq

Oktyabrın 15-dək ölkəyə 200 min doza pulsuz qrip peyvəndi gətiriləcək.

Aktual.ge xəbər verir ki, bu barədə Xəstəliklərə Nəzarət və İctimai Səhiyyə Milli Mərkəzinin direktor müavini Paata İmnadze bildirib.

Onun sözlərinə görə, dövlət proqramı çərçivəsində peyvəndlər oktyabrın ikinci yarısından etibarən tətbiq olunacaq. Məlum olduğu kimi, ölkədə dörd komponentli vaksin istifadə olunacaq.

"Bizdə qrip mövsümü noyabrın sonundan başlayır və may ayına qədər davam edir, ona görə də peyvənd üçün ən yaxşı vaxt oktyabrın sonu və noyabrın birinci yarısıdır," - İmnadze bildirib.

Mövsümi qrip peyvəndi üçün risk altında olan spesifik prioritet qrupları bunlardır: diabetli insanlar; dializ keçirən şəxslər; Hepatit C (yalnız müalicə zamanı), HİV infeksiyası/AİDS olan insanlar; orqan transplantasiyası keçirmiş və kistik fibroz olan şəxslər; uşaq (o cümlədən kiçik ailə tipli) və qocalar üçün sığınacaqların benefisiarları və onların baxıcı heyəti; hamilə qadınlar; 60 yaşdan yuxarı insanlar; ümumi təhsil müəssisələrinin (məktəblərin) müəllimləri; Gürcüstanın işğal olunmuş ərazilərindən olan məcburi köçkünlər; Əmək, Səhiyyə və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin nəzarətində olan publik hüquqi şəxslər; səhiyyə işçiləri; baytarlıq və ətraf mühitin mühafizəsi sahəsində çalışan şəxslər; Müdafiə, Təhlükəsizlik və Fövqəladə Hallara Qarşı Mübarizə Xidmətinin əməkdaşları; cəzaçəkmə müəssisələrində çalışan işçi heyəti; Daxili İşlər Nazirliyinin əməkdaşları.

ŞƏRH YAZ
6