Marneulidə daha bir qorxunc hadisə: Mağazaya əl bombası atılıb
01.10.2024 12:33
2080
Siyasət
A
Marneulidə daha bir qorxunc hadisə: Mağazaya əl bombası atılıb

Marneuli Bələdiyyəsinin Qızılhacılı kəndində mağazalardan birinə əl qumbarası atılıb.

Aktual.ge-nin əldə etdiyi məlumata görə, hadisə 1 oktyabr gecə gec saatların baş verib.

Bu mərhələdə əldə edilən məlumata əsasən, gecə gec saatlarında naməlum şəxs və ya şəxslər Qızılhacılı kəndində tikinti materiyalları satan bir mağazaya əl bombası atılıb. 

Xoşbəxtlikdən xəsarət alan olmayıb.

Digər təfərrüatları Aktual.ge araşdırır.

Bu mərhələdə Aktual.ge-nin əməkdaşları Daxili İşlər Nazirliyinin Kvemo Kartli Polis Departamentinin Mətbuat xidməti ilə əlaqə saxlamağa çalışır

Xatırladaq ki, Marneulidə oxşar hadisə 13 sentyabr tarixində də baş vermişdi. Belə ki, iş adamının evinə əl qumbarası atılmışdı.

ŞƏRH YAZ
15