Ağ Evdən Gürcüstana seçki xəbərdarlığı
02.10.2024 00:12
1549
Siyasət
A
Ağ Evdən Gürcüstana seçki xəbərdarlığı

"Əgər [Gürcüstanda] seçkilər azad və ədalətli olmayacaqsa, tədbirlər görməyə davam edəcəyik".

Aktual.ge xəbər verir ki, bunu ABŞ Ağ Ev Milli Təhlükəsizlik Şurasının Avropa istiqamətinin rəhbəri Maykl Karpenter bildirib. 

Bu açıqlamanı o, Varşava Təhlükəsizlik Forumu çərçivəsində siyasətçi Xatiya Dekanoidzenin sualına cavab olaraq verib.

"İndi 'Gürcü Arzusu' hökumətinin etdikləri Gürcüstanın Avroatlantik inteqrasiyasından 180 dərəcə uzaqlaşmaqdır. Əgər onlar bu yolda davam edərlərsə - vətəndaş cəmiyyətini zəiflədər, fundamental azadlıqları pozar, xarici agentlər haqqında qanunu tətbiq edərsə və seçkilər azad və ədalətli olmazsa, Avropa İttifaqına və NATO-ya tezliklə daxil olmayacaqlar və biz demokratik normaları pozanlara qarşı viza siyasətimiz və qlobal Maqnitski sanksiyalarımızla bağlı tədbirlər görməyə davam edəcəyik.

Gürcü xalqının Avroatlantik gələcək arzusuyla hazırkı hökumətin etdikləri arasında bu qədər böyük uçurum ola bilməz. Mən tamamilə aydın olmaq istəyirəm. Yerində gördüklərimiz qəbuledilməzdir", - deyə Karpenter qeyd edib.

ŞƏRH YAZ
6