Kateqoriyalar
Tbilisidə keçirilən xüsusi əməliyyat nəticəsində 14 nəfər dələduzluq və hədə-qorxu ilə pul tələb etmək ittihamı ilə saxlanılıb.
Aktual.ge xəbər verir ki, Daxili İşlər Nazirliyinin Mərkəzi Kriminal Polis İdarəsinin direktoru Teymuraz Kupatadze, əməliyyatın gecə saatlarında 5 gecə klubunda keçirildiyini açıqlayıb.
"Dələduzluq və hədə-qorxu ilə pul tələb edən 14 nəfər həbs edilib. Həbslər davam edəcək. İstintaqın gedişində yeni rəqəmlər üzə çıxa bilər. Həmin vətəndaşlar xarici ölkə vətəndaşlarından psixoloji və müxtəlif zorakılıq üsulları ilə dələduzluq yolu ilə pul qoparıblar."- Kupatadze bildirib.