Bidzina İvanişvili ABŞ səfirliyinin bəyanatına belə cavab verdi
02.10.2024 13:51
651
Siyasət
A
Bidzina İvanişvili ABŞ səfirliyinin bəyanatına belə cavab verdi

Məhz "Gürcü Arzusu" Gürcü cəmiyyətinin gözündə ABŞ və Avropa İttifaqına reputasiya ziyanını önləmək və hadisələrə öz adını vermək üçün hər şeyi edən siyasi qüvvədir.

Aktual.ge xəbər verir ki, bunlar "Gürcü Arzusu"nun qurucusu və fəxri sədri Bidzina İvanişvili ABŞ səfirliyinin "Facebook" rəsmi səhifəsində yayılan müvafiq paylaşıma cavab olaraq deyib.

"Əvvəla qeyd olunmalıdır ki, səfirlik nə şəxsən mənim, nə də "Gürcü Arzusu"nun hər hansı digər liderinin açıqlamasını göstərə bilməz ki, biz ABŞ və ya Avropa İttifaqını maliyyə şantajında ittiham edirik.

Bank hesabının oğurluğundan və maliyyə şantajından danışarkən, həmişə dəqiqləşdirmişik ki, bu şantajın arxasında ABŞ və ya Avropa İttifaqı deyil, qlobal müharibə partiyası adlandırdığımız qüvvələr dayanır. ABŞ və Avropa İttifaqını biz hətta "Credit Suisse"in vəsaitin köçürülməməsi üçün Avropa Parlamentinin qəbul etdiyi qətnaməni növbəti bəhanə kimi istifadə etdiyi zaman da maliyyə şantajında ittiham etməmişik. Üstəlik, dəfələrlə vurğulamışıq ki, qlobal müharibə partiyasına nə ABŞ, nə də Avropa İttifaqını nəzərdə tutmamışıq. Lakin dərhal dəqiqləşdirmişik ki, qlobal müharibə partiyası ABŞ və Avropa İttifaqında siyasətçilər və bürokratlar üzərində mühüm təsirə malikdir.

Məhz bu səbəbdən maliyyə şantajı bitməyənə qədər, amerikalı siyasətçilər və bürokratlarla görüşlərdən imtina edirəm, çünki qlobal müharibə partiyasının hər biri ilə bağlı təsir ehtimalı çox yüksəkdir.

Bizim mövqeyimizin səbəbini amerikalı həmkarlarımıza yazılı şəkildə izah etdik və səfirliyin tələbi olarsa, bu məktubun məzmununu ictimaiyyət qarşısında da müzakirə etməyə hazırıq. Bundan əlavə, vəkillərim Ukraynada müharibə başladıqdan sonra mənə tətbiq edilən maliyyə məhdudiyyətləri haqqında dəfələrlə ictimaiyyətə ətraflı məlumat veriblər və zərurət yaranarsa, vəkillərimə bu məlumatı yeniləməyə də göstəriş verə bilərəm.

Həmçinin xatırlatmaq istəyirəm ki, ABŞ-da oliqarxik təsirlər, qeyri-formal idarəçilik, "deep state" və müharibə partiyası mövzusunu biz gündəmə gətirməmişik və bu məsələ ABŞ-da keçirilən prezident seçkiləri kampaniyasının əsas xəttlərindən biridir. Bu mövzuda ABŞ prezidentliyinə namizəd Donald Tramp, prezidentliyə namizəd Robert Kennedi Junior, Vivek Ramaswami və başqaları fəal şəkildə danışırlar.

Məhz qlobal müharibə partiyası ABŞ və Avropa İttifaqını pərdələyərək, Gürcüstanın milli maraqlarına qarşı fəaliyyət göstərməyə çalışır və hadisələri elə təqdim edir ki, sanki Gürcüstan ABŞ və Avropa İttifaqı ilə qarşıdurmadadır.

Bu fonda "Gürcü Arzusu" gürcü cəmiyyətinin gözündə ABŞ və Avropa İttifaqına reputasiya ziyanını önləmək və hadisələrə öz adını vermək üçün hər şeyi edən siyasi qüvvədir. Gürcü cəmiyyəti əgər inanarsa ki, Gürcüstanda xalqın iradəsinə qarşı hakimiyyətin dəyişdirilməsi və hakimiyyətin "Milli Hərəkat"a qaytarılması ABŞ və Avropa İttifaqı deyil, qlobal müharibə partiyasının istəyidir, bu həm ABŞ, həm də Avropa İttifaqının imicinə ciddi ziyan vuracaq. Bu halda, cəmiyyət 2004-2012-ci illərdə Saakaşvilinin rejiminə avtoritarizm, seçkilərin saxtalaşdırılması, insanların öldürülməsi və işgəncəsi, bizneslərin təzyiqə məruz qalması, televiziyaların mənimsənilməsi, müharibə və ərazilərin itirilməsi üçün yaşıl işığı qlobal müharibə partiyası deyil, ABŞ və Avropa İttifaqı yandırdığını düşünə bilər. Eyni şəkildə, gürcü cəmiyyəti 2022-ci ildə ikinci cəbhəyə çağırışın radikal müxalifət, QHT-lər və Ukrayna hökumətinin yüksək vəzifəli şəxsləri tərəfindən qlobal müharibə partiyası deyil, ABŞ və Avropa İttifaqının göstərişi ilə edildiyini düşünə bilər. 2020-2022-ci illərdə ölkədə iğtişaşların iki dəfə qlobal müharibə partiyası deyil, ABŞ və Avropa İttifaqı tərəfindən törədildiyini də düşünə bilərlər.

İctimai rəyin bu istiqamətdə inkişafına imkan vermək istəmirik və bunun qarşısını almaq üçün hər şeyi edəcəyik. Lakin bu məsələdə amerikalı tərəfin də köməyinə ehtiyacımız olacaq. Bunun üçün isə əsas odur ki, gürcülərə "başqa hekayə" deyil, əsl hekayə danışaq”, - deyə "Gürcü Arzusu"nun mətbuat xidməti tərəfindən yayılan Bidzina İvanişvilinin bəyanatında qeyd olunur.

Xatırladaq ki, ABŞ səfirliyi "Facebook" rəsmi səhifəsində belə məzmunlu foto paylaşıb: "Bidzina İvanişvili bilir ki, Credit Suisse ilə bağlı pul Bermud və Sinqapur məhkəmələrinin əlindədir, ABŞ-ın yox. Niyə o, gürcülərə başqa bir hekayə danışır?".

 

ŞƏRH YAZ
21