Kateqoriyalar
Gürcüstan Prezidenti Salome Zurabişvili və Avropa Şurasının Prezidenti Şarl Mişel Brüsseldə bir araya gəlib.
Aktual.ge xəbər verir ki, artıq üçüncü gündür ki, Gürcüstan Dövlət başçısı Avropada yüksək səviyyəli görüşlər keçirir.
Dünən o, Polşa prezidenti Andjey Duda ilə, ondan əvvəl isə Almaniyada Frank Valter Ştaynmayerlə görüşüb.
Qeyd edək ki, Salome Zurabişvili Avropa Komissiyasının sədri Ursula fon der Leyen ilə danışıqlar aparacaq.