Oktyabrın 4-7-də Gürcüstanda nisbətən isti, əsasən yağmursuz hava şəraiti gözlənilir.
Aktual.ge xəbər verir ki, bu barədə Milli Ətraf Mühit Agentliyi məlumat verib.
Bildirilib ki, Tbilisidə hava əsasən yağmursuz keçəcək, havanın temperaturu gün ərzində +23, +25 dərəcə isti təşkil edəcək.
Ölkənin sahil bölgələrində: Batumi, Kobuleti, Anaklia və Potidə isti və yağmursuz hava gözlənilir. Havanın temperaturu gündüz +27, +29 dərəcə təşkil edəcək.
Rustavi, Bolnisi, Marneuli, Qardabani, Qori və Tsxinvalidə hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Havanın temperaturu gündüz +23, +25 dərəcə təşkil edəcək.
Kaxeti bölgəsində: Saqareco, Telavi, Qurcaani, Siqnaği, Laqodexi, Kvareli, Axmeta və Dedoplistskaroda hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Havanın temperaturu gündüz +22, +24 dərəcə təşkil edəcək.