Papuaşvili LGBT təbliğatının qadağan olunması haqqında qanunu imzalayıb
03.10.2024 17:10
814
Siyasət
A
Papuaşvili LGBT təbliğatının qadağan olunması haqqında qanunu imzalayıb

 Şalva Papuaşvili ölkədə LGBT təbliğatının qadağan olunması haqqında qanunu imzalayıb.

Aktual.ge xəbər verir ki, spiker bu barədə sosial şəbəkə hesabında yazıb.

"Bu gün Gürcüstan Konstitusiyasına uyğun olaraq "Ailə dəyərləri və yetkinlik yaşına çatmayanların müdafiəsi haqqında" qanunu imzalayıram. Başa düşürəm ki, bu qanunun imzalanması bəzi xarici tərəfdaşların tənqidinə səbəb olacaq, lakin gürcülər heç vaxt başqalarının fikirlərindən qorxmayıblar. Bu yolla biz öz kimliyimizi qoruyub saxlamışıq", - Papuaşvili deyib.

Qeyd edək ki, daha öncə Prezident Salome Zurabişvili qanunu imzalamaqdan imtina edərək parlamentə geri qaytarmışdı, lakin veto qoymamışdı.

ŞƏRH YAZ
5