Kateqoriyalar
Marneuli-Tbilisi magistral yolunun Kumisi hissəsində (Poniçala-Marneuli-Ququti, 13-cü km) ağır yol-nəqliyyat hadisəsi baş verib.
Aktual.ge-nin verdiyi xəbərə görə, hadisə 6 oktyabr gecə saat 01:00 radələrində qeydə alınıb.
Belə ki, yüksək sürətlə hərəkət edən "Opel" markalı avtomobil sərnişin daşıyan "Minivan"la toqquşub.
Nəticədə, "Opel" markalı avtomobildə olan 2 nəfər hadisə yerində dünyasını dəyişib, digər avtomobildə olan 4 nəfər isə müxtəlif bədən xəsarətləri ilə xəstəxanaya yerləşdirilib.
Hər iki avtomobil tamamilə yararsız hala düşüb.
Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları, yanğınsöndürən briqadası və təcili yardım xidmətləri cəlb edilib.
Faktla bağlı araşdırma aparılır.

