Gürcüstanda ağır yol qəzası: Çox sayda ölü və yaralı var - FOTO
30.10.2020 09:59
1230
Hadisə
A
Gürcüstanda ağır yol qəzası: Çox sayda ölü və yaralı var - FOTO
Gürcüstanın Qori şəhəri yaxınlığında ağır yol-nəqliyyat hadisəsi qeydə alınıb. Bu barədə Aktual.ge yerli mətbuata istinadən xəbər verir. Gürcüstanın Daxili İşlər Nazirliyinin məlumatına görə, Türkiyəyə məxsus dövlət seriya nişanlı, "Daf" markalı yük maşını Tbilisi-Senai-Leselidze mərkəzi avtomagistralının 77-ci kilometrliyində sərnişin mikroavtobusu ilə toqquşub. Hadisə nəticəsində mikroavtobusda olan beş sərnişin həlak olub, daha on bir sərnişin xəsarət alıb. Faktla bağlı Gürcüstanın Daxili İşlər Nazirliyində cinayət işi qaldırılıb. Yerli KİV-in məlumatına görə, mikroavtobusda olan sərnişinlər "Vahid Milli Hərəkat" müxalifət partiyasının Sameqrelo regionundan olan tərəfdarları imiş. Onlar bir gün əvvəl axşamı Tiflisdə aksiyada iştirak ediblər və qəza müxalifətçilər evə qayıdan zaman baş verib.
ŞƏRH YAZ
1