Təxliyə qərarı verildi: Tbilisidə məktəbdə bomba həyəcanı
07.10.2024 12:59
1530
Hadisə
A
Təxliyə qərarı verildi: Tbilisidə məktəbdə bomba həyəcanı

Tbilisinin Vake rayonundakı məktəblərdən birinin rəhbərliyi tam təxliyə ilə bağlı qərar qəbul edib.

Aktual.ge xəbər verir ki, ehtimal səbəb bomba xəbərinin yayılmasıdır.

Versiyalardan birinə görə, 112-yə partlayıcı qurğu olduğu ehtimalı barədə məlumat daxil olub, ikinci versiyaya görə, binalarda həyəcan siqnalları işə salınıb, buna görə də rəhbərliklər uşaqları və müəllimləri sinif otağından evakuasiya etmək qərarına gəliblər.

Hazırda məktəblərin yaxınlığında hüquq-mühafizə orqanlarının əməkdaşları səfərbər olunur və bu mərhələdə təhsil ocağının rəhbərliyi izahat vermir.

ŞƏRH YAZ
18