Marneulidə oğurluq hadisəsi qeydə alınıb.
Hadisə dünən Marneuli şəhərinin 26 may küçəsində baş verib. Evindən oğurluq edilən şəxs polisin istintaqa laqeyd yanaşdığını və işin intensiv araşdırılmadığını iddia edir.
İsmayıl Ayvazov Aktual.ge xəbər portalına bildirib ki, qadın ev sahibləri evdən çıxdıqdan sonra müxtəlif vaxtlarda evə daxil olaraq külli miqdarda qızıl və 300 lari oğurlayıb.
İ. Ayvazov şübhələndiyi şəxslə bağlı polisə izahat verdiyini, hətta qadının evə necə daxil olduğu müşahidə kameralarında qeydə alındığını vurğulayıb. Onun sözlərinə görə, buna baxmayaraq, polis qadının hamilə olduğunu əsas gətirərək onu sərbəst buraxıb.
Aktual.ge xəbər portalının əməkdaşları müvafiq məsələ ilə bağlı Daxili İşlər Nazirliyinin Mətbuat xidməti ilə əlaqə saxlamağa çalışır.
Görüntüləri olduğu kimi təqdim edirik: