Kateqoriyalar
''Vətəndaşlar, 26 oktyabr seçkilərinin əhəmiyyətini yaxşı dərk edirlər".
Aktual.ge xəbər verir ki, bunu "Gürcü Arzusu"nun Bolnisi, Dmanisi, Tetritskaro və Tsalka nümayəndəsi David Şerazadişvili Bolnisidə Akaurti və Dzveli Kveşi sakinləri ilə görüşündən sonra açıqlamasında deyib.
"Yerli sakinlərlə mövcud siyasi proseslərdən danışdıq, başa çatmış, davam edən və planlaşdırılan layihələri müzakirə etdik. Vətəndaşlar, 26 oktyabr seçkilərinin əhəmiyyətini yaxşı dərk edirlər. Biz bir-birimizi çox yaxşı tanıyırıq. İllərdir bir-birimizin yanında durmuşuq və əminəm ki, birlikdə yenə də ləyaqətlə qələbə qazanacağıq" , - David Şerazadişvili söyləyib.