2028-ci ilə qədər 150 min insan yoxsulluq həddini aşacaq - Baş nazir
08.10.2024 10:58
1460
Siyasət
A
2028-ci ilə qədər 150 min insan yoxsulluq həddini aşacaq - Baş nazir

Yoxsulluq bizim əsas milli problemlərimizdən biridir, mövcud plan və proqnozlara əsaslanaraq biz düşünürük və əminik ki, yoxsulluq maksimum 4%-ə enəcək, yəni 2028-ci ilə qədər maksimum 150 min nəfər yoxsulluq həddindən aşacaq.

Aktual.ge xəbər verir ki, bu barədə "Gürcü Arzusu"nun seçki qərargahının rəhbəri, baş nazir İrakli Kobaxidze seçki proqramının təqdimatı zamanı bildirib.

Onun sözlərinə görə, 2012-ci ildə ölkədə işsizlik səviyyəsi 30% olub, 1 milyon 120 min nəfər yoxsulluq həddində yaşayırdı.

İqtisadi artım tempinə əsaslanaraq, 2023-cü ilə qədər əldə etdiyimiz məlumatlara görə, ölkəmizdə yoxsulluq 11,8%-ə qədər azalıb və hazırda 440 min insan yoxsulluq həddində yaşayır. Bu, müsbət inkişafdır, lakin 440 min insanın yoxsulluq həddinin altında yaşaması ilə kifayətlənmək mümkün deyil. Yoxsulluğun daha da azaldılması bizim əsas vəzifələrimizdən biri olaraq qalır. Mövcud planlara və proqnozlara əsaslanaraq, biz düşünürük və əminik ki, yoxsulluq maksimum 4%-ə enəcək, yəni 2028-ci ilə qədər maksimum 150 min insan yoxsulluq içində olacaq. Başqa sözlə, biz tədricən, məqsədyönlü şəkildə yoxsulluğun aradan qaldırılması məqsədini yerinə yetirməyə doğru irəliləyirik,” - deyə İrakli Kobaxidze bildirib.

ŞƏRH YAZ
19