Kateqoriyalar
Bu gün Avropa Parlamentinin plenar sessiyasında Gürcüstanla bağlı müzakirə aparılacaq.
Aktual.ge xəbər verir ki, bu barədə Avropa Parlamentinin saytında məlumat yerləşdirilib.
Bildirilib ki, müzakirə Tbilisi vaxtı ilə saat 17:00-də başlayacaq və Avropa İttifaqının (Aİ) Ali nümayəndəsi, Avropa Komissiyasının vitse-prezidenti Cozep Borel bəyanatla çıxış edəcək.
Qeyd olunub ki, debatın mövzusu Gürcüstanda demokratik geriləmədir.
Sabah isə müzakirələrin yekunu olaraq qətnamə səsə qoyulacaq.